“Rusiyaya qarşı sanksiyaların ləğvi Rusiya qoşunlarının Donbasdan çıxarılması və Krımın yenidən Ukraynaya qayıdışı ilə bağlıdır”.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson ATƏT üzvü olan ölkələrin xarici işlər nazirləri Şurasının Vyanada keçirilən illik iclasında çıxış edərkən deyib.“Krımla bağlı sanksiyalar yarımadanın Ukraynanın tam nəzarəti altına qaytarılmasına kimi davam edəcək. Eyni zamanda, Şərqi Ukrayna üzrə avropalı partnyorlarımızla uyğunlaşdırılmış sanksiyalar rejimini dəstəkləyirik. Rusiya öz güclərini Donbasdan çıxarmayacağı və Minsk razılaşmalarını əməl etmədiyi halda, sanksiyalar qüvvədə qalacaq”, - dövlət katibi qeyd edib.
Bu yaxınlarda isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyanın “Libero” qəzetinə müsahibəsində Krım məsələsini “həmişəlik bağlanmış məsələ” adlandırıb.