Rusiya Prezidenti Vladimir Putin 2018-ci ilin martında keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bəyan edib.
Modern.az-ın məlumatına görə, V.Putin bu açıqlamanı Nijni Novqorod şəhərində avtomobil zavodunun işçiləri ilə görüşü zamanı verib.Daha əvvəl V.Putin seçkilərdə iştirak edib-etməyəcəyi barədə qərarını verərkən könüllülərin dəstəyini nəzərə alacağını bildirmişdi.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək.