Nazir müavini: "Xəzərdəki mübahisəli yataqlarla bağlı beynəlxalq qaydalar tətbiq oluna bilər"

Nazir müavini: "Xəzərdəki mübahisəli yataqlarla bağlı beynəlxalq qaydalar tətbiq oluna bilər" backend

"Xəzərin dibinin bölünməsinə dair Azərbaycan-Qazaxıstan, Azərbaycan-Rusiya və Azərbaycan-Qazaxıstan-Rusiya sənədləri var. Konvensiyada bu sənədlərin çərçivə prinsipləri öz əksini tapıb. İran və Türkmənistanla razılaşma əldə etmək üçün danışıqlara davam edəcəyik və öz sazişlərimizi hazırlayacağıq".

APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusuna dair işçi qrupun Azərbaycandan olan üzvü Xələf Xələfov deyib.

X. Xələfov bildirib ki, delimitasiya müzakirə edildikdə neft yataqlarının müzakirəsi məhsuldar deyil: "Hazırda əsas məqsəd delimitasiyadır. Bu, başa çatdıqdan sonra delimitasiya barədə danışmayacağıq. Əgər xəttin üzərinə düşən yataqlar olarsa, onların istifadəsi üçün beynəlxalq qaydalar tətbiq etmək olar - birgə istifadə və ya digər variantlar", - deyə nazir müavini bildirib
Diaspora