Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dekabrın 7-8 tarixlərində Yunanıstana baş tutacaq səfərində iki ölkə arasında əlaqələri normallaşdıran proseslərin baş tutacağını gözləyirik.
Axar.az xəbər verir ki, bu sözləri Yunanıstanın Prezident Administrasiyasının sözçüsü Dimitris Tzanakopoulos deyib.“Müzakirələrin gündəmində ikitərəfli əlaqələr olacaq. Egey dənizində gərginlik, miqrasiya böhranı və xüsusilə energetika sahəsində fikir mübadiləsi aparılacaq. Biz Türkiyə ilə münasibətlərdə kifayət qədər irəliləyiş əldə etmək istəyirik. Görüşlərin konstruktiv olacağını güman edirik”, - Yunanıstan rəsmisi əlavə edib.