Suriyada terror təşkilatı PYD/PKK-nın örtük təşkilatı SDG-dən qaçan Talal Silo, ABŞ-ın silah yardımlarının iç üzünü açdı.
Polkovnik Silo, ABŞ-ın SDG-yə təslim etmə görüntüsü altında əslində PYD/PKK-ya çox böyük miqdarda ağır silah verdiyini , harada və necə istifadə edildiyinə isə nəzarət etmədiyini söyləyib.Silo, Suriyada PYD/PKK-nın işğalında olan bölgədən keçən ayın ortalarında qaçıb gəldiyi Türkiyədə Anadolu Agentliyinin bu yöndə bəzi suallarını cavablandırıb.
PYD/PKK örtük olaraq istifadə etdiyi Suriya Demokratik Qüvvələrindəki (SDG) xidməti vəzifəsi sayəsində terror təşkilatının liderləri olduqca yaxın münasibətlərdə olan Silo, ABŞ-ın silah yardımlarına dair detalları bölüşüb.
SUAL: PKK ilə münasibətiniz necə başladı?
CAVAB: İlk başda Afrindən (YPG-dən) mənim qrupuma, yəni Səlcuqlular Ordusu qrupuna dəvət gəldi. Ceyşul Suvvaraya (İnqilabçılar Ordusu) qoşulmağımı təklif etdilər. Afrindkilərlə razılaşıb onlara qoşuldum. Afrindəki PKK-nın bölgə səlahiyyətlisi Hacı Əhməd Hadro idi. Ceyşul Suvvarın təşkilatını hazırlayırdılar. Ərəblərin başında Əbu Əli Berad, Kürdlərin başında Selah Çebbo vardı. Mən də Türkmənlərdən məsuliyyətli idim. 2015-ci il avqustun əvvəllərində Afrinə getdim. Ceyşul Suvvar rəhbərliyində çalışdım. Ancaq qərar sahibi biz yox, (PKK-lı) Hadroydu. Daha sonra SDG-yə qatılacağamı dedilər. İlk toplantını PKK-nın bölgə meneceri Şahin Ciloyla apardıq. SDG-dəki ilk toplantımız 15 oktyabrda idi. Ancaq Şahin Cilo (SDG-nin strukturunu elan edən) iclas tarixini 10 oktyabr 2015 il tarixinə qeyd etməyimizi istədi. Səbəbini soruşduqda, ABŞ-ın Hasəkədə YPG-yə silah yardımını 10-15 oktyabr arasında etdiyini söylədilər. ABŞ-ın beynəlxalq ictimaiyyətə vəziyyəti izah etməsi üçün belə etdilər. Yəni, silahların YPG-yə deyil, SDG-yə verildiyini demək üçün. SDG belə qurulub.
SUAL: ABŞ-IN Xüsusi Qüvvələr Komandanı general Raymond Tomas, "ağıllı bir həmlə edib" etibar qazanması üçün YPG-yə SDG adını tapdıqlarını bildirmişdi. SDG öz kimliyi hələ də formalaşmadımı?
CAVAB: SDG yalnız bir addan ibarətdir. Başqa bir şey deyil. Biz əmək haqqı da daxil, hər şeyi YPG-dən alırıq. SDG-nin təşkilatının formal olaraq yaranmasının əsas səbəbkarı ABŞ-dır. ABŞ rəhbərliyi Kürdlərə silah vermək istəyirdi. SDG təşkilatının elan olunması da buna xidmət edən yalnız bir teatr səhnəsi idi. Guya Suriyada olan müxtəlif milli qrupların birliyindən bəhs etdilər, ancaq belə bir şey yoxdur. ABŞ liderliyi Kürdlərə və PKK-ya verdi. Öncə terrorla mübarizədən bəhs etdilər, ancaq sonradan baxdıq ki, ABŞ rəhbərliyi və Şahin Cilo arasında əldə olunan razılaşmaya görə, terror təşkilatı İŞİD-çilərin qaçaqçılığı həyata keçirilir. SDG üzərindən o bölgədə yaşayan vətəndaşların fikirlərinə təsir göstərmək istədilər. SDG-ni müstəqillik simvolu və terrorla mücadilə edən qüvvə kimi təqdim etdirdilər. Ancaq arxa planda əsas niyyətlərini həyata keçirərək evlər sökülüb, xalq isə deportasiya etdirildi. Xalqa düşərgələrdə belə rahat yaşamağa imkan verilmədi, insanları təşvişdə yaşatdılar.
SUAL: ABŞ bir dövr YPG-yə deyi,l Ərəblərə silah verdiyini iddia edib. Bu doğru idimi?
CAVAB: İlk başda silahları aldığımıza dair (Amerikalıların verdiyi sənədlərə) sənədlərə yalnız imza atırdıq. Amma gerçəkdə isə bütün silahlar PKK liderlərindən olan Türkiyə Kürdü, Safkan adlı birinə gedirdi. Safkan silahları yalnız öz bildikləri bir yerə aparırdı. Bu gün də belə davam edir. Məsələn, Münbiç əməliyyatında bütün silahları (kağız üzərində) Ərəb əsilli Əbu Emcədə təslim etdilər. Bunu bilərəkdən etdilər. Amma bu bir teatrddan başqa bir şey deyildi. Əbu Emcəd, mənə "Böyük miqdarda silahlar alıram, ancaq mənə bir dənə də silah verilmir. Vəzifəm və səlahiyyətim sadəcə imza atmaqdır" deyirdi.
SUAL: ABŞ nə üçün belə bir üsul seçdi?
CAVAB: Bütün fikirlər ABŞ-ın bölgədəki nümayəndəsi Brett Makgurk tərəfindən ortaya atılırdı. Raqqa əməliyyatı zamanı Makgurk, Ərəb Koalisiyası adında güc qurulmasını istədi. Ərəb Koalisiyasının vəzifəsi sadəcə silahları təhvil almaq olacaqdı. Belə ki, çox böyük miqdarda silah alındı. Amma Kürdlərdən başqa Ərəb, Türkmən və Süryanilərə yalnız yüngül silahlar paylandı. Koalisiyanın adı Ərəb koalisiyası olsa da, əslində Ərəblərin heç bir şeyi yox idi. Deyrizor hərbi məclisi də qondarma bir şeydir, yalnız imza atır. ABŞ-ın bütün bundan xəbəri var, çünki teatrı özləri qurub. Bütün bu oyunlar, bir gün bu silahların PKK-ya verilməsinin ortaya çıxmaması üçün qurulub. Ancaq biz bütün müasir silahların PKK və YPG-yə getdiyindən əmindik.
SUAL: ABŞ verdiyi silahların hara getdiyini, kimə qarşı istifadə edildiyini yoxlayırmı?
CAVAB: Amerikalılar üçün silahların hara gedəcəyi maraqlı deyil. Bir dəfə də silahlardan harada və necə istifadə etdiyimizi soruşmadılar. Hətta YPG-nin “silahlar bitdi” deyə fırıldaqlarına belə göz yumur və dərhal yeni silahların təhvil verilməsinə başlayırdılar. ABŞ onsuz da Ərəb, Türkmən və Süryanilərin bu tənlikdə yer almadığını bilir. Obama dövründə bu dəstək daha məhdud idi. Trump gələndən sonra dəstəyin forması dəyişdi. Obama dövründə bizə istifadə edilmiş silahlar da gəlirdi, hətta bəziləri istifadəyə yararsız halda idi. Tramp gəlincə, zirehli vasitələr gəlməyə başladı.
SUAL: Şahin Fərhad Abdi kod adlı Şahin Cilo, Türkiyənin terror siyahısında axtardığı adamlardan biridir. Qırmızı kateqoriyada və başına 4 milyon TL ödənc qoyulmuş bir mükafat var. Amerikalı rəsmilərlə görüntü pozaları verən Cilo bu işlərdə nə qədər təsirlidir?
CAVAB: Silahlar üçün tələbat siyahısı yaradırdıq. Siyahını Şahin Çilo bildirirdi. Verilən silahların xəbəri mətbuata verilməzdi. Hansı növ silahların verildiyi açıqlanmazdı.
SUAL: SDG kimi görünən qurumu kimlər idarə edir?
CAVAB: ABŞ idarə edir əslində. Yerli seçkilər keçirilsə də, hamısı teatr səhnəsidir. Şahin Çiloyu hamı bilir. İşlərin başında bu şəxs var. Müavini Qəhrəmandır, bu da PKK rəhbərlərindən biridir. 3 nömrəli səlahiyyətli mən idim. Hər yerdə PKK-ya aid nəzarət məntəqələri və təqib komandaları var. Məhkəmədə, mülki məclisdə, səhiyyə və digər sahələrdə mütləq bir PKK lideri mövcuddur.
SUAL: PKK-nın Qəndil kadrları SDG-yə nə qədər təsir imkanları var?
CAVAB: Çilo sədr olsa da, özündən yüksəkdə bir hakimiyyət var. Bu adam Bahoz Ərdaldır. Bahoz da təlimatları Qəndildən, yəni Səbri Kökdən alır. Ərdal, Qəndilə təyin olunanda yerinə Nurəddin Sufi gəldi. Çiloya tapşırıqları bu adam verir. Cilo ilə müavini Qəhrəman yalnız lider komandadadırlar. Çox sayda ofis var, ancaq münaqişələrdən dolayı yeni adamlar gətirilmir. Afrindəki PKK və YPG səlahiyyətliləri Hacı Əhməd Hudro, Mahmud Berhudan, qadınlarda isə Nocindir. İnzibati olaraq bütün region Xəlil Tefdem tərəfindən idarə olunur. Bahoz Ərdal, ona göstəriş verir. Münbiçi PKK liderlərindən olan İsmayıl birbaşa idarə edir, amma hərbi səlahiyətli Cəmil Məzlumdur. Raqqanın hərbi və mülki rəhbəri Avropadan gətirilən Həsəndir. Deyrizorunku isə Polad Candır, bu adam da PKK-nın öndə gələn şəxslərindəndir. Mən də Bahozla münasibətim sayəsində bir dəfə Qəndildən Murad Qarayılan ilə görüş dəvəti almışdım. Şəkillərimizin və xəbərin mətbuatda dərc olunmasından ehtiyatlanaraq görüşü ləğv etdilər. Nurəddin Sufi isə Qarayılanın açıqlama verdiyi zaman oraya getdi. Sonra geri gəldi. Gizlincə gedib gəlirdilər. PKK, Saleh Müslimin mətbuatdakı əlaqələrindən istifadə edərək ondan yararlandı. Əslində isə onun heç bir rolu yox idi. Yerli idarəçilik elanı zamanı da salonda Saleh Müslümü 7-ci sırada yer almışdı. Heç bir yeri yoxdu bu layihədə.
CAVAB: Dəqiq məlumatlar olmasa da, 50 min hərbiçi var. Qadın, kişi olmaqla hamısı bir yerdə bu sayda olar. Bunların 70 faizi YPG və YPG-çi qadınlardır. Türkmənlər olaraq mənim liderlik etdiyim 65 nəfər vardı. Süryani Hərbi Məclisinin yalnız 50 adamı var. Türkmən Əsgəri Məclisinin simvolik olaraq yaradılmasını istədilər. 150 adam təklif etdim, lakin qoymadılar, 50 nəfər kifayət edər dedilər. Ərəblərdən Sanadid Gücləri var Şammar tayfasından. Şeyx Bəndər bu gücün başındadır. Bunlar da PKK tərəfindən yox sayılır. Digər tərəfdən, Raqqa əməliyyatlarında ölənlərin 80 faizi Ərəblərdən, yalnız 20 faizi Kürdlərdəndir. Ərəblərin sayının artırıldığını görürük, ancaq aldadıldılar. Onlara saxta vədlər verilib. YPG-lilər SDG-nin bir hissəsi görünsə də, onlar bunu qəbul etmirlər və biz müstəqilik deyirlər. SDG, sadəcə bir addır. Yer üzündə həqiqi varlığı yoxdur.
SUAL: Qərb ölkələrindən YPG-də iştirak edənlərin vəziyyəti necədir?
CAVAB: Müxtəlif ölkələrdən gəlib, YPG-də iştirak edirlər. Aralarında qadınlar da vardı. Bəzilərinin reklam məqsədi ilə gəldiyini gördük. Kanadalı bir qadının ölkəsində müqəvva olduğu ortaya çıxmışdı. İçlərindən geri qayıdanlar İŞİD-ə qarşı vuruşduqlarını iddia edir və özlərini milli qəhrəman kimi təqdim etməyə çalışırlar.
SUAL: Təşkilat mənsubları nə qədər maaş alır?
CAVAB: Maaş aylıq 170-200 dollar arasındadır. Liderlər maaşsız çalışırlar, lakin qaçaqmalçılıq və rüşvətdən qazanırlar. Mən Şahin Çilodan birbaşa maaş alırdım. Minlərlə dollar alırdım və vəziyyətim yaxşıydı. Hərbiçilər isə Suriya lirəsi alır. PKK-nın lider komandası da maaşsızdır, ancaq bütün tələbləri yerinə yetirilir. Onsuz da bir çox qanunsuz gəlirlər meydana çıxdı ki, bunların da gedəcəyi yer onlardır.