Fransa Prezidenti Emmanuel Makron İraq kürdlərinin hüquqlarının təmin olunması fikrini müdafiə edib.
Axar.az xəbər verir ki, bu barədə preizdent İraq Kürd Muxtariyyətinin Baş naziri Nəçirvan Bərzani ilə görüşün yekunları barədə çıxışında deyib.“Fransa federativ, demokratik və vahid İraqda kürdlərin hüquqlarının təmin olunması tərəfdarıdır”, - prezident bildirib.
Makron həmçinin İraq Kürd Muxtariyyətinin beynəlxalq terrorçuluqla mübarizə sahəsində fəaliyyətini yüksək qiymətləndirib.