ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüds şəhərini İsrailin paytaxtı elan etməyi planlaşdırıb.
Qaziler.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin administrasiyasındakı mənbə məlumat yayıb.Qeyd olunur ki, bununla belə Tramp ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini təxirə salacaq.
Həmçinin bildirilir ki, Tramp ABŞ səfirliyinin Qüdsə köçürülməsinə qədər İsrail və Fələstini barışdırmağa çalışacaq.