Əfqanıstan Prezidenti: 9 vilayət İŞİD-dən azad edilib

Əfqanıstan Prezidenti: 9 vilayət İŞİD-dən azad edilib backend

Əfqanıstanın 9 vilayəti İŞİD terror təşkilatının döyüşçülərindən azad edilib.

Trend-in məlumatına görə, bunu Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII nazirlər konfransında çıxışı zamanı deyib.

M.Ə.Qani bildirib ki, "Taliban" hərəkatının gələcəyi yoxdur, onlar məğlub olacaqlar.

Dövlət başçısı ölkəsinin BMT-nin terrorizmlə mübarizə üzrə bütün sənədlərini yerinə yetirdiyini qeyd edib: "Bu, təkcə Əfqanıstanın problemi deyil. Terrorizmlə mübarizəyə qarşı bütün dövlətlər birləşməlidir".

O deyib ki, son vaxtlar İŞİD-in Əfqanıstanda təsirinin yayılmasının qarşısı alınıb: "9 vilayət artıq terrorçulardan azad olunub. Bu istiqamətdə səyləri artırmaq lazımdır".
Diaspora