Myanma ordusu müsəlmanlara amansızcasına zülm edir.
Axar.az xəbər verir ki, bu sözləri Banqladeş lideri Əbdül Həmid deyib.
“Minlərlə arakanlı uşaq, qadın, kişi vəhşicəsinə öldürülür. Onlarla ev yandırılır, yaxud dağıdılır. Yüzlərlə qadın təcavüzə məruz qalır. Arakanlı müsəlmanları qollarımızı açaraq qarşıladıq. Lakin onların evlərinə geri dönmələri, Myanmanın sosial, siyasi və iqtisadi həyatına inteqrasiya olmaları ilə bağlı birgə məsuliyyət daşıyırıq”, - Həmid bildirib.
Qeyd edək ki, Myanmanın ordu qüvvələri buddistlərin fətvası ilə minlərlə arakanlı müsəlmana qarşı soyqırım həyata keçirir.
Son məlumatlara görə, bu zülmdən qaçaraq Banqladeşə sığınanaların sayı 700 mini ötür.