Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin ilk üçtərəfli görüşü başlayıb.
"Report"un xəbərinə görə, toplantıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənın xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlu və Pakistanın xarici işlər naziri Havaca Məhəmməd Asifin iştirak edirlər.Nazirlər Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli formatda əlaqələrin genişləndirilməsini, beynəlxalq və regional məsələləri müzakirə edirlər.
Üçtərəfli formatda danışıqlardan əvvəl isə xarici işlər nazirləri ikitərəfli görüşlər keçiriblər.