İranlı deputat Ermənistanı Arazı çirkləndirməkdə ittiham edib.
Trend-in məlumatına görə, bu gün İran parlamentinin iclasında çıxış edən millət vəkili Şəkur Purhüseyn Ermənistanın Araz çayını çirkləndirdiyini bildirib.O qeyd edib ki, bu fakt Ərdəbil vilayətinin Muğan bölgəsində xərçəng xəstəliyinin artmasına səbəb olub.
Deputat bu acınacaqlı halı "xərçəng sunamisi" adlandırıb.