Çavuşoğlu Bakıya gəlir

Çavuşoğlu Bakıya gəlir backend

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 30-da Azərbaycana səfər edəcək.

Virtualaz.org bildirir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib.

M.Çavuşoğlu səfəri zamanı Azərbaycan, Türkiyə, Pakistan XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirak edəcək. Görüşdə üç ölkə arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi müzakirə olunacaq, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin XİN başçısını qəbul edəcəyi gözlənilir.

Bundan başqa, nazir 30 noyabr – 1 dekabr tarixlərində Bakıda keçiriləcək “Asiyanın ürəyi – İstanbul prosesi” yeddinci nazirlər toplantısında iştirak edəcək, tədbirdə iştirak edən ölkələrin XİN başçıları və digər rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.

Diaspora