Qazaxıstan prezidenti Nursultan Nazarbayev gələn il Türkiyəyə səfər edəcək.
“Kazinform” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Əhmət Aydın bildirib.Səfərin 2018-ci ilin yazında baş tutması planlaşdırılır.
Sədr müavini iki ölkə arasında əməkdaşlığın gələcək inkişafından, gücləndirilməsindən və perspektivindən danışıb.