"Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar bu günə kimi çox yaxşı irəliləyib".
Bu sözləri APA-ya açıqlamasında Avropa İttifaqı Xarici Əməliyyatlar Xidmətinin Rusiya, "Şərq tərəfdaşlığı", Mərkəzi Asiya və ATƏT üzrə direktoru, Azərbaycanla yeni saziş üzrə danışıqların Aİ-dən olan nümayəndə heyətinin rəhbəri Luk Devin deyib. Bununla yanaşı, o bildirib ki, görülməli bir çox iş hələ qalıb: “Azərbaycan hökumətinin hədəfi öz iqtisadiyyatını diversifikasiya etməkdir. Biz siyasi, sektoral əməkdaşlıq, iqtisadiyyat və ticarət bölmələri üzrə danışıqlar aparırıq. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmadığı üçün bir sıra çətinliklər yaranır. Biz danışıqlara sadiq olaraq qalırıq”.