Şevçenko Azərbaycana görə hər kəsi susdurdu

Şevçenko Azərbaycana görə hər kəsi susdurdu backend

Rusiyanın “Birinci kanal”ında yayımlanan “Zaman göstərəcək” tok-şousunda polyak millətçisi Tomaş Matseyçukla rusiyalı politoloq Maksim Şevçenko arasında mübahisə yaşanıb.

Axar.az xəbər verir ki, mübahisəyə səbəb tok-şouda Rusiyanın müttəfiqi sayılan Ermənistanın Şərq Tərəfdaşlığı layihəsinə qoşulması olub. Matseyçukun Şərq Tərəfdaşlığını demokratiyanın və avropalaşmanın postsovet məkanında yayılması vasitəsi kimi qələmə verməsi Şevçenkonun etiraz etməsi ilə nəticələnib. Bu zaman Şevçenkonun Şərq Tərəfdaşlığını yeni nizam adlandırması ilə razılaşan polyak millətçi “Şərq Tərəfdaşlığı yeni Avropa nizamının yaradılması üçün vasitədir” deyib.

Daha sonra Matseyçuk Şevçenkoya Ermənistanın düşməni olub-olmaması ilə bağlı sual verib. Şevçenko isə düşünmədən “Rusiyanın müttəfiqi olan ermənilər bizim də müttəfiqimizdir, sizin müttəfiqiniz olanlar isə düşmənimizdir” deyib.

Matseyçukun “Bəs Qarabağ kimindir” sualına Şevçenko sərt şəkildə “Qarabağ Azərbaycan ərazisidir.

Azərbaycanın taleyi isə Moskva, Ankara və Tehran arasındakı üçtərəfli razılaşma ilə həll edilməlidir” sözlərini söyləyib.

Matseyçuk isə daha sonra Şevçonkaya cavabında onunla razılaşmadığını bildirir:
“Bir polyak kimi deyirəm. Qarabağ Ermənistandır, buna görə də Ermənistan bizimlə olacaq, buna görə də Ermənistan bizim müttəfiqimiz olacaq. Ona görə ki, siz ruslar azərbaycanlılara silah satırsınız, azərbaycanlılar isə sizin müttəfiqlərinizi öldürürlər. Bu ikiüzlülükdür. Siz ermənilərin müttəfiqi deyilsiniz”.

30-cu dəqiqədən baxın:

Diaspora