Türkiyə, İran və Qətər arasında – Mühüm müqavilə

Türkiyə, İran və Qətər arasında – Mühüm müqavilə backend

İranın paytaxtı Tehranda Türkiyə, İran və Qətər arasında ticarət mallarının daşınması və tranzitini asanlaşdıran müqavilə imzalanıb.

Axar.az xəbər verir ki, müqavilə Türkiyənin İqtisadiyyat naziri Nihad Zeybəkçi, İranın Mədən, Sənaye və Ticarət naziri Məhəmməd Şəriətmədari və Qətərin İqtisadiyyat və Ticarət naziri Şeyx Əhməd bin Casim bin Məhəmməd Əl Sani tərəfindən imzalanıb.

Müqavilə dəniz və quru nəqliyyatını asanlaşdırmaqla yanaşı 3 ölkə arasındakı ticarət münasibətlərinə də müsbət təsir göstərəcək.

Müqaviləyə əsasən, İran Türkiyə və Qətər arasında tranzit keçidi təmin edən ölkə olacaq.
Diaspora