Ukraynada müharibə başlatmaqla Rusiya heç bir real fayda götürməyib.
Axar.az xəbər verir ki, bunu “Exo Moskva” radiosuna müsahibəsində rusiyalı jurnalist Yuliya Latınina söyləyib.“SSRİ dövründə müharibənin olduğu Donbasda şaxtalar, evlər vardı. İndi isə bu ərazi Zimbabveyə dönüb. Niyə? Rusiya bu ərazini Zimbabveyə çevirməklə fayda əldə etdi? Aydındır ki, ən böyük itkini ukraynalılar verdi. Rusiya bu müharibədən yalnız sanksiyalar qazandı” – deyə o bildirib.