Bərzanini referenduma təhrik edən MOSSAD CASUSUNDAN AÇIQLAMA

Bərzanini referenduma təhrik edən MOSSAD CASUSUNDAN AÇIQLAMA backend

Sabiq İKBY başçısı Məsud Bərzanini “müstəqillik referendumu”na təşviq edən, alınmayınca da onu ortada tək qoyan Mossad Kəşfiyyat Xidmətinin casusu Bernard Levy indi də region ölkələrini ittiham edib.

İraq Kürd Regional Rəhbərliyini dövlət qurmaq xəyali ilə referendum yanğınının içinə atan dırnaqarası Fransız filosofu, əslində isə Mossad Kəşfiyyat Xidmətinin casusu olan Fransa Yəhudisi Bernard Levy, Türkiyə, Rusiya, İran və İraqın ittifaqından olduqca narahatdır. Bərzaniyə qaz verib, onun “müstəqil dövlət” qurmaq xəyalları ilə oynayan Levy, region dövlətlərinin dəmir yumruğuyla qarşılaşınca, bütün xəyyalları suya düşüb. Bərzani tayfasını ABŞ-ın meydanda tək qoymasına qızan casus Levy, Türkiyə başda olmaqla, İran və İraqa olan kinini də ortaya çıxarıb.



Fransız filosof adını örtük olaraq istifadə edən Mossad Kəşfiyyat Xidmətinin casusu Levy, Yaxın Şərqi parçalamaq planı iflasa uğrayınca, bir müddət ortadan “yox” oldu. Yalnız Twitter hesabından ABŞ-ın Türkiyə və İrana qarşı qorxaq davranmasına əsəbiləşən Mossad casusu, Türkiyə də daxil olmaqla, region ölkələrini "Mafiya Şəbəkəsi” kimi dəyərləndirib.



Qeyd edək ki, Bərzaninin qeyri-qanuni referendumunu legitimləşdirmək üçün Avropadan ciddi sayda müşahidəçi Ərbilə gəlmişdi. Mossad casusu Levy də beynəlxalq müşahidəçi kartı ilə onların arasında yer almışdı.



Mossad casusu Levy sosial media hesabından ABŞ-ı və region dövlətlərini tənqid edib. Levy “Müstəqillik layihəsi” fiaskoya uğrayandan sonra “günah keçisi” olaraq bütün məsuliyyəti ABŞ-ın boynuna qoyub. ABŞ-ın böyük güc olaraq “çəkindirici”liyindən istifadə etmədiyini xüsusi vurğalayan Levy, Türkiyə, İran və İraqı da “şəbəkə” adlandıraraq onlara olan nifrətini ortaya qoyub.

Müxalifət.az

Diaspora