Rusiya Barens dənizindən Qara və Azov dənizinə qədər... – HÜCUM PLANI

Rusiya Barens dənizindən Qara və Azov dənizinə qədər... – HÜCUM PLANI backend

“Qərb-2017” Belarus-Rusiya birgə təlimlərinin əsas hədəflərindən biri qərb istiqamətində Rusiya və Belarusun birgə hərbi hərəkətlərinin məşqi idi.

Publika.az xəbər verir ki, bunu Ukrayna Silahlı qüvvələri Baş qərargahının başçısı Viktor Mujenko “Tijden” nəşrinə müsahibəsində deyib.

“Onlar operativ planları yerinə yetirir və qoşunları yoxlayırdılar. Bundan başqa, Belarus ərazisində güclü qruplaşmanın genişləndirilməsi üçün lazım olan maddi ehtiyatlar yaradılıb. Hərçənd təlimin özü Barens dənizindən Qara və Azov dənizinə qədər praktk olaraq Rusiya Federasiyasının bütün ərazisini əhatə edirdi. “Qərb-2017” iki dövlətin təlimləri kimi göstərilsə də, hərbi qulluqçular, texnika və maddi vasitələrin sayı göstərir ki, bu təlim Rusiya qoşunlarının idi”, - Mujenko bildirib.
Onun sözlərinə görə, təlimlər Rusiya tərəfinin açıqladığı kimi yalnız müdafiə deyil, həm də hücum xarakteri daşıyırdı.

“Biz görürük ki, əlavə hədəf, xüsusi halda, NATO-ya, hər şeydən əvvəl ABŞ-a qarşı informasiya-psixoloji əməliyyatın keçirilməsi idi”, - Mujenko qeyd edib.
Diaspora