Türkiyənin NATO-da müttəfiqi olan Almaniya istehsalında bir alman firmasının motoru istifadə edildiyi üçün Türkiyənin “Fırtına” haubitsalarının Səudiyyə Ərəbistanına satışına mane olub.
Axar.az xəbər verir ki, bu barədə “Vətən” qəzeti informasiya yayıb.Qeyd edək ki, Türkiyənin Azərbaycana Ermənistanla Qarabağ münaqişəsinin mövcudluğuna görə “Fırtına” haubitsaları satmasına icazə verməyən Almaniya bununla artıq ikinci dəfə Ankaraya əngəl olub.