Kreml sözçüsü Dmitri Peskov PYD/YPG terror qruplaşmasının Suriya Milli Konqresində iştirak edib-etməməsi ilə bağlı növbəti açıqlama verib.
Axar.az xəbər verir ki, o, Türkiyənin bu məsələ ilə bağlı mövqeyinin diqqətə alındığını bildirib.Qeyd edək ki, bundan öncə Peskov PYD-nin konqresdə iştirak edəcəyini istisna etməmişdi.
Trampla Ərdoğan arasında telefon danışığından sonra Kreml sözçüsünün bu açıqlamanı verməsi olduqca diqqət çəkib.