Merkel Qarabağdan danışdı: "Rusiya mərkəzi rol oynayır"

Merkel Qarabağdan danışdı: "Rusiya mərkəzi rol oynayır" backend

Şərqi Avropa ölkələri ilə əlaqələr Avropa İttifaqının təhlükəsizliyi üçün böyük əhəmiyyətə malikdir.

A24.Az “Deutsche Welle”ə istinadən xəbər verir ki, bu fikirləri “Şərq Tərəfdaşlığı” sammitində Almaniya kansleri Angela Merkel deyib.

Almaniya hökumət başçısının sözlərinə görə, “Şərq tərəfdaşlığı” sammitinin əsas məqamlardan biri insanların həyat səviyyəsinin yüksəldilməsi və demokratiyanın inkişafıdır, digəri isə təhlükəsizlik məsələsidir. Bu səbəbdən də Gürcüstan, Moldova və Ukrayna ilə Assosiasiya sazişi imzaladığımız üçün çox sevinirəm. İndi isə Ermənistan və Azərbaycanla tərəfdaşlıq haqqında saziş imzalayacağıq. Doğrudur, bu, Assosiasiya sazişi kimi intensiv olmayacaq, lakin biz onlarla əməkdaşlıq edəcəyik. “Bu ölkələrdə Rusiya mərkəzi rol oynayır”, – kansler əlavə edib.

Qeyd edək ki, Brüsseldə “Şərq Tərəfdaşlığı” 5-ci sammiti keçirilir.
Diaspora