“ABŞ-ın məqsədi TERROR DÖVLƏTİ QURMAQDIR” – “WASHINGTON POST”

“ABŞ-ın məqsədi TERROR DÖVLƏTİ QURMAQDIR” – “WASHINGTON POST” backend

Terror təşkilatı YPG-yə silah daşıyan ABŞ-ın Suriyadakı çirkli planını “Vaşinqton Post” qəzeti yayımlayıb.

Türkiyə-Rusiya-İran üçlüyü, Astana danışıqları və Soçi zirvəsində Suriyadakı döyüşləri dayandırmağı hədəf seçərkən, “Vaşinqton Post” qəzetinin xəbərinə görə, ABŞ isə Suriyada “Kürd dövləti” qurmağı hədəfləyir. Karen De Young və Liz Sly imzalı xəbərdə, ABŞ əsgərlərinin illərlə Suriyada qalacağı və hətta PKK-nın Suriya qolu olan YPG-nin də içində olduğu Suriya Demokratik Qüvvələrinə (SDG) regional hakimiyyət qurduracağı iddia edilib.

İNDİ DƏ “İŞİD BİTMƏDİ” TEZİSİ

Xəbərə görə, adı açıqlanmayan Amerikalı təhlükəsizlik əməkdaşları, "Amerikan əsgərləri Suriyada qalmağa davam edəcək, Əsəd hökuməti ilə yanaşı, ölkənin şimalında bir də SDG rəhbərliyi olacaq" məlumatlarını çatdırıb. Bir daşla iki quş vurulacağını iddia edən şəxslər, ABŞ-ın beləliklə həm Əsəd rəhbərliyinə təzyiq imkanlarını saxlamağı, həm də İran və Rusiyanın regiondakı gücünü sındırmağı qarşısına məqsəd qoyduğunu önə sürüb. ABŞ-ın bu vəzifəni həyata keçirmək üçün isə "İŞİD-lə mübarizə hələ sona çatmayıb" bəhanə tezisini istifadə edəcək.


“ELƏCƏ ÇIXIB GETMƏYƏCƏYİK”

Məqalədə, Suriyadakı Amerika əsgərlərinin rəsmi sayının 503 olduğu bildirilib. Ancaq yüzlərlə özəl hərəkat gücü, hava idarə heyəti, artilleriya və hərbi personalla birlikdə Suriyadakı gizli ABŞ hərbçilərinin sayının daha çox olduğu qeyd edilib. ABŞ-ın müdafiə naziri Cim Mattisin "Eləcə çıxıb, getməyəcəyik. Hərbi müharibə apardıqdan sonra geri qalanlara “yaxşı şanslar” demək olmaz "sözlərini xatırladan qəzet Vaşinqton mərkəzli “New American Studies” adlı düşüncə quruluşunun mütəxəssisi Nikolas Herasın “Suriyadakı Amerika missiyasına bir vəzifə müddəti müəyyən edərsək, ABŞ-ın bölgədəki müdaxiləsinin növbəti illərdə davam edəcəyini düşünmək olar" fikrinə yer verib.

TÜRKİYƏ: YPG-yə YER YOXDUR

Suriyada gəlinən son vəziyyət Türkiyənin terror təşkilatlarına qarşı tolerant münasibət göstərməməsinin nə qədər vacib olmasını bir daha ortaya qoyub. İŞİD-lə mübarizə bəhanəsi ilə bölgə xalqına zülm edən PKK-nın Suriya qolu YPG, indi də Suriyanı bölüb, bölgəyə daha da çox qeyri-sabitlik gətirən bir alət olub. Prezident Ərdoğan, əvvəlki gün Soçidə, bu təhlükəyə işarə edərək "Suriyanın siyasi birliyi və ərazi bütövlüyünə, ölkəmizin milli təhlükəsizliyinə təhdid olan terrorçu ünsürlərin prosesdən kənarlaşdırılması, Türkiyə olaraq prioritetlərimiz arasında yer almağa davam edəcək. Bu ölkəni bölməyə çalışan əli qanlı bir dəstə qanuni bir aktyor kimi görülə bilməz" deyib.

Müxalifət.az
Diaspora