Soçi sammitindən sonra Türkiyə tərəfi Bəşər Əsəd hakimiyyəti ilə danışıqlara başlaya bilər.
Axar.az xəbər verir ki, bu sözləri Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri Həsən Oqtay deyib.O, bununla yanaşı rəsmi Ankaranın PYD ilə bağlı mövqeyinin dəyişməz olaraq qalacağını bildirib:
“Soçi görüşündən sonra Türkiyənin Suriyada Əsəd hakimiyyətinin qəbul etməsi ilə bağlı mənzərə ortaya çıxdı. Lakin PYD-nin heç bir status almaması üçün Ankara qətiyyətini son ana qədər göstərəcək. Hətta PYD məsələsində Rusiya və ABŞ razılığa gəlsə belə, Türkiyə öz siyasi xətti ilə gedib, terrora qarşı mübarizəni davam etdirəcək”.