Türkiyə NATO-dan imtina edə bilər - çünki alyans Ankaraya qarşı düşmənçilik siyasəti yürüdür

Türkiyə NATO-dan imtina edə bilər - çünki alyans Ankaraya qarşı düşmənçilik siyasəti yürüdür backend

Türkiyə prezidentinin baş müşaviri — "NATO üzvlüyü nəzərdən keçirməlidir"

Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu NATO üzvlüyü ilə bağlı açıqlama verib.
"Ölkə.Az" xəbər verir ki, Yalçın Topçu bildirib ki, Türkiyənin NATO üzvlü yenidən nəzərdən keçirilməlidir çünki alyans Ankaraya qarşı düşmənçilik siyasəti yürüdür.

Topçu konkret olaraq NATO-nun təlimlərində baş verən biabırçılığı nəzərdə tutub.
Qeyd edək ki, 8-17 noyabr tarixləri arasında Norveçdə keçirilən "Trident Javelin" təlimlərində Mustafa Kamal Atatürk və Ərdoğan təhqir edilib.

Topçu isə bu hərəkəti düşmənçilik adlandırıb və Türkiyənin alyansa üzvlüyünün parlamentdə müzakirəyə çıxarılmasını tələb edib. Baş müşavir qeyd edib ki, Türkiyə 2019-cu ildə NATO sıralarını tərk etməlidir.

Ölkə.Az
Diaspora