Rusiya və Belarusun keçirdiyi Qərb-2017 təlimləri Moskvanın təcavüzə hazır olduğunu göstərir.
Axar.az xəbər verir ki, bu barədə Polşanın Müdafiə naziri Anton Maçereviç danışıb.“Təlimlər 2 ay əvvəl başa çatıb. Şimal Buzlu okeanı ilə Qara dəniz arasında baş verən təlimlərə hətta nüvə başlıqları daşımaq imkanlarına malik olan “İskəndər” raketləri də cəlb olunub. Ruslar müdafiə olunmaq üçün yox, təcavüz üçün hazırlaşırdılar”, - Maçereviç deyib.
Nazir həmçinin rəsmi Varşavanın baş verənlərin soyuq müharibə deyil, qaynar müharibə səbəbi olduğu ilə razılaşmalı olduğunu qeyd edib.