Terrorun “XAÇ ATASI” ABŞ – XRONOLOJİ GERÇƏKLƏR

Terrorun “XAÇ ATASI” ABŞ – XRONOLOJİ GERÇƏKLƏR backend

Suriya və İraqı qan gölünə çevirən ABŞ, atdığı addımlarla dünya terrorunun yeganə Şefi halına gəlib.

Peşmərgə və PKK-nı eyni anda silahlandıran Pentaqon, Rakkadan xilas etdiyi İŞİD-in də dağılmaması üçün isə hər şeyi edir. Çünki işğalçılar bölgədə varlığını təmin etmək üçün terror təşkilatlarına möhtacdır. Məhz ABŞ-ın Türkiyə sərhədindəki atdığı son addımlarından bir neçəsini təqdim edirik:

- ABŞ əsgərləri PKK/PYD/YPG gerbləri ilə Türkiyə sərhədləri yaxınlarında gəzişir.

- Türkiyəyə hücum məqsədi ilə istifadə ediləcək 12 ədəd ABŞ bazası, Suriyanın şimalında inşa edilib.

- Ağ Evin regiona göndərdiyi yeni Lavrents olan Brett Makgurk, Suriya və İraqda PKK-İŞİD teatrının təhvil-təslim səhnəsini idarə edir.

- PKK Türkiyəyə sərhəddən nə vaxt təcavüz etsə, o nöqtəyə ABŞ bayrağı asılır.
Ankara, terrorçulara nə vaxt müdaxilə etmək istəsə, qarşısında ABŞ əsgərlərini görür.

- Suriyanın şimalındakı bir çox bölgədə xalq zorla evlərindən çıxarılır, köç vəziyyətinə salınır.İŞİD getsə belə, Suriyalılar bir daha evlərinə qayıda bilmirlər. Çünki bu dəfə onları PKK təhdid edir.

- ABŞ təxminən 4 min TIR yüklü silah yardımı ilə Türkiyə sərhəddində qabaqcıl texnoloji imkanlara malik bir terror təşkilatı yaradır. ABŞ ordusunun sözçüləri, Türkiyənin PKK/PYD-yə hücum edəcəyi halda terrorçu tərəfdaşlarını qoruyacaqlarını söyləyə biləcək qədər cəsarətli ola bilirlər.

- İŞİD terrorçuları ABŞ ilə PKK/PYD qoruması altında Rakkanı tərk edərkən ABŞ bu səhnənin görülməməsi üçün peyk görüntülərinə belə müdaxilə edib. Bölgədə başqa hansı qalmaqal görüntülərin ABŞ tərəfindən əngəlləndiyini artıq təxmin etmək çətin deyil.

- "Suriyada qalacağıq" deyərək İŞİD-in bitməsinə icazə verməyəcəkləri mesajını verən Vaşinqtona yeganə dəstək, region ölkələrindən deyil,məhz PKK-dan gəlir.
ABŞ, Rakkadan öz təhlükəsiz çətiri altında çıxardığı 300-ə yaxın İŞİD terrorçuların bir qrupu İraq sərhədindəki Əbu Kamala göndərilib. Pentaqon, bu terrorçuları burada Rusiyadan qoruyur. Onlara qarşı aparılası mümkün hücumlara mane olur.

- Hərbi mənbələr, ağır silahları ilə birlikdə Rakkadan çıxmalarına icazə verilən İŞİD terrorçularının ABŞ-ın yardımı ilə İraqda yenidən təşkilatlanıb, Türkiyə sərhədinə, xüsusilə də Ovaköy-Fiş Habur rayonuna göndərilə biləcəyinə diqqət çəkirlər.

Müxalifət.az
Diaspora