İsrail hökuməti Fransa nümayəndə heyətini ölkəyə buraxmayıb

İsrail hökuməti Fransa nümayəndə heyətini ölkəyə buraxmayıb backend

İsrail hökuməti Fransa nümayəndə heyətinin ölkəyə planlaşdırılan səfərinə icazə verməyib.

"Anadolu" xəbər verir ki, bu barədə bələdiyyə başçıları və deputatlardan ibarət nümayəndə heyətinin Fransa Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşü zamanı bildirilib.

Yeddi nəfərdən ibarət nümayəndə heyəti İsrail həbsxanasında həbsdə olan "Fəth" liderlərindən biri Mervan Barquti və vaxtilə Fransada yaşamış fələstinli Saleh Hamuri ilə görüşmək niyyətində idi. "İsrail hökuməti ilk dəfə bələdiyyə başçıları və deputatların ölkəyə girişinə qadağa qoyur. Radikal sağ yönümlü İsrail hökumətinin bu qərarını pisləyirik", - deyə Fransa nümayəndə heyətinin bəyanatında bildirilir.
Diaspora