Türkiyə prezidentinin müşaviri: "Ən böyük problemlərdən biri Qarabağın xaincəsinə işğalıdır"

Türkiyə prezidentinin müşaviri: "Ən böyük problemlərdən biri Qarabağın xaincəsinə işğalıdır" backend

“Dünyada “biz qardaşıq” deyə bilən iki ölkə Azərbaycan və Türkiyədir. Son illər bu münasibətlər hər iki ölkə prezidentlərinin apardığı uğurlu siyasət nəticəsində daha da inkişaf edib”.

Bunu APA-ya açıqlamasında Bakıda səfərdə olan Türkiyə prezidentinin mədəniyyət məsələləri üzrə baş müşaviri Yalçın Topçu deyib.

Y. Topçu bildirib ki, bu günlərdə istifadəyə verilən Bakı-Tiflis-Qars dəmir yol xətti kimi möhtəşəm layihə insanların rifahına, sülhün təmin olunmasına xidmət edəcək: “Azərbaycan və Türkiyə əkiz qardaşdır. Bütün sahələrdə dostluq-qardaşlıq var. Həm Azərbaycan, həm Türkiyə üçün çox böyük layihələrə imza atılır. Bizim siyasət, iqtisadiyyat, mədəniyyət və başqa sahələrdəki əməkdaşlığımız hər gün daha da möhkəmlənir. Təbii ki, problemlərimiz də var. Amma bunları Bakı-Ankara qardaşlığı bir yerdə aşacaq. Ən böyük problemlərdən biri bütün dünyanın gözü qarşısında xaincəsinə baş verən Qarabağın işğalıdır. Bütün dünya bunu bilir, Minsk qrupu isə sadəcə, seyr edir. Amma inşallah, ən qısa vaxtda ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çəkiləcək, Azərbaycan öz torpaqlarına təkrar qovuşacaq. Laçının, Şuşanın, Ağdamın uşaqları inşallah, ata torpaqlarına dönəcəklər. Bu, Ankaranın ən böyük arzusudur. Biz terrorla mübarizə aparırıq. Bakı bu mübarizədə hər zaman yanımızdadır. Bakı ilə Ankara çox güclü olarsa, Türk dünyası güclü olar”.
Diaspora