Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya Prezidenti Borut Pahora təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Sloveniya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.Ümidvaram ki, Azərbaycan-Sloveniya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".