PKK-dan silahlı hücum

PKK-dan silahlı hücum backend

PKK terror təşkilatı Suriyanın Qamışlı rayonunda təşkil olunan konfranslardan birinə silahlı hücum edib

Modern.az xəbər verir ki, Suriyada fəaliyyət göstərən 13 kürd partiyasının bir araya gələrək yaratdığı Kürd Milli Şurası dördüncü ümumi konfransını keçirməyi planlaşdırırdı. Ancaq PKK-ya bağlı PYD-nin silahlı qüvvələri konfrans zalına hücum edərək iclasın qarşısını alıblar.

Məsud Bərzaniyə yaxınlığı ilə bilinən şuradan verilən bəyanatda bildirilib ki, PYD-nin demokratiya, insan haqları təşkilatları və kürd partiyalarına qarşı hücumlarını dayandırması üçün maraqlı tərəflərə və dövlətlərə müraciət edirik.
Diaspora