Noyabrın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
Qaziler.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyəti, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.