Enerji əməkdaşlığı Rusiya, Azərbaycan və İran prezidentlərinin noyabrın 1-də Tehranda keçiriləcək görüşündə müzakirə olunacaq mövzulardan biri olacaq.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.Onun sözlərinə görə, dövlət başçılarının üçtərəfli görüşü ilə yanaşı, bir sıra ikitərəfli görüşlər də planlaşdırılır.