Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Çin, Mərkəzi Asiya və Avropa iqtisadiyyatlarını Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən dəmiryolu tranzit kanalı vasitəsilə birləşdirmək baxımından atılan tarixi addımdır.
Bunu AzVision.az-a eksklüziv açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.“Yeni dəmiryolu layihəsi Bakı-Tbilisi-Qars neft kəməri və Cənub Qaz Dəhlizi layihələri ilə birgə regionun strateji əhəmiyyətini bir daha vurğulayır”,-deyə Brayza qeyd edib.
Metyu Brayza, həmçinin Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Azərbaycan – Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə birbaşa təsiri olmayacağını da bildirib: “ Lakin bu layihə bir daha münaqişənin sülh yolu ilə həll olunacağı təqdirdə Qərb–Şərq nəqliyyat infrastrukturu çərçivəsində Ermənistanın əldə edə biləcəyi böyük iqtisadi imkanları vurğulayır”.