Saakaşvilidən çağırış: Sabah hər kəs...

Saakaşvilidən çağırış: Sabah hər kəs... backend

Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvili hakimiyyətə olan tələblər siyahısını artırmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə Saakaşvili Feysbuk hesabında yazıb.

“Bizi tez-tez Konstitusiya meydanında etirazlar zamanı irəli sürülən tələblərin çox mürəkkəb və az olmasında ittiham edirlər. Sabah - 29 oktyabrda Ali Rada yaxınlığındakı meydana toplaşan hər kəs tələblərin siyahısını genişləndirmək üçün səs verə bilər. Hakimiyyət ukraynalıları dinləməlidir”, - Saakaşvili yazıb.

Qeyd edək ki, Saakaşvili hakimiyyətdən əsas tələbləri kimi antikorrupsiya məhkəməsinin yaradılması, deputat toxunulmazlığının ləğvi, yeni seçki qanunvericiliyinin qəbulunu göstərmişdi.
Diaspora