"İran və Azərbaycan sərmayədarları Həştərxan vilayətinin "Lotos" xüsusi iqtisadi zonasında (XİZ) zavodların tikintisində fəal iştirak edirlər".
Virualaz.org TASS-a istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov XİN yanında Subyektlərin Başçıları Şurasının iclasında deyib."Rusiya regionlarının Xəzər ölkələri ilə dialoqu geniş ticarət-iqtisadi əlaqələrə əsaslanır. Regionlar bütün imkanlardan istifadə edərək, investisiya əməkdaşlığı üçün əlverişli şəraitin yaradılması üzrə məqsədyönlü iş aparırlar", - deyə S.Lavrov bildirib.