"Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistan Azərbaycanın yanındadır".
APA-nın xəbərinə görə, bunu Pakistan İslam Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmand bu gün keçirdiyi mətbuat konfransında deyib.Səfir bildirib ki, Pakistan Ermənistanı rəsmi dövlət kimi tanımır: "Düşünürəm ki, bu münaqişənin həllində ATƏT-in Minsk qrup həmsədrləri aktivlik göstərməlidir".