Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Kim-in yoxa çıxacağına eyham vurdu

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Kim-in yoxa çıxacağına eyham vurdu backend

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo bəyan edib ki, başçılıq etdiyi strukturu daha da qəddarlaşdıracaq. Pompeo bunun Şimali Koreyanın raket-nevə proqramı ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, Kim Çen Inın rejimi Amerika ərazisinə çata bilən raket hazırlamaq ərəfəsindədir. ABŞ isə buna yol verməməyə çalışır.

“Əgər Kim yoxa çıxmalıdırsa MKİ-nin tarixçəsini nəzərə alaraq mən bu haqda danışmayacam. Bu, bizim idarə üçün faydalı deyil”-Pompeo Şimali Koreya liderinin fiziki məhvi variantı haqda suala cavab olaraq deyib.

Pompeo əlavə edib ki MKİ-nin səhra fəaliyyətini bərpa edəcəklər.

Bu ilin aprelində ABŞ prezidenti yanında milli təhlükəsizlik Şurası Şimali Koreya təhlükəsi ilə bağlı ssenariləri müzakirə edib. Mətbuat yazıb ki, variantlardan biri Kim Çen Inın fiziki məhvidir.
Diaspora