Özbəkistan Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyir

Özbəkistan Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyir backend

“Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”.

Bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev Daşkənddə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşdə deyib.

Dövlət başçısı vurğulayıb ki, rəsmi Daşkəndin Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi dəyişilməzdir. "Özbəkistan Ermənistan-Azərbaycan münaqişənin həllinin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin birmənalı olaraq icrasında görür".
Diaspora