Ötən gün Soçidə MDB dövlət başçılarının sammiti zamanı Ermənistan prezidenti Serj Sərkisyanın şəxsi fotoqrafı David Akopyanın çəkdiyi bir foto geniş ictimai rezonansa səbəb olub və həm KİV-lərdə, həm sosial şəbəkələrdə geniş müzakirə edilir.
Bu fotoda Azərbaycan prezidenti İlham Əliyev əlifba sırası üzündən yanaşı oturduğu Ermənistan prezidenti Serj Sərkisyana qəzəb və dərin hiddətlə baxır. Həmin vaxt Sərkisyanın başı masanın üstündə hansısa sənədlərə baxmağa qarışmışdı. Və bu foto Azərbaycanla onun torpaqlarını işğal altında saxlayan Ermənistan arasında münasibətlərin sanki güzgüsüdür. Prezident Əliyev sanki azərbaycan xalqının düşmənə qarşı uzun illərdir yığılıb qalmış nifrət və qəzəbini öz sifət ifadəsində əks etdirir...Fotonun doğurduğu geniş rezonansla bağlı David Akopyan da danışıb. O, erməni mətbuatına bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin birgə iştirak etdiyi müxtəlif tədbirlərdə fotoaparatın obyektivini onlardan çəkməməyə, sözün hərfi mənasında hər məqamı tutmağa çalışır. “Və bu tədbirdə də mən müxtəlif rakurslardan fotolar çəkdim. Sonra ön plandan kadr çəkmək qərarına gəldim. Və gördüm ki, İlham Əliyev sanki pusquda durub Sərkisyana baxır”-fotonun müəllifi deyib.
Akopyan belə görünür ki, səhv etmir. İndi Azərbaycan və onun lideri doğrudan da düşmənə sarsıdıcı zərbə vurub onu torpaqlarımızdan qovmaq üçün pusquda dayanıb. Bu zərbəni çox gözləmək lazım gəlməyəcək...
http://virtualaz.org/