AŞPA-da Azərbaycanla bağlı hesabatlar üzrə iki Qətnamə qəbul olunub - YENİLƏNİB

AŞPA-da Azərbaycanla bağlı hesabatlar üzrə iki Qətnamə qəbul olunub - YENİLƏNİB backend

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabat üzrə 14397 saylı Qətnamə qəbul olunub.

APA-nın Avropa müxbiri xəbər verir ki, müzakirələr nətcəsində hesabata əlavə və dəyişikliklər edilib.

Qətnamənin qəbulunun lehinə 114, əleyhinə 24 nəfər səs verib.


***

13.41

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə 14403 saylı Qətnamə qəbul olunub.

APA-nın Avropa müxbiri xəbər verir ki, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları hesabat üzrə Qətnamə 117 lehinə, 18 əleyhinə səslə qəbul edilib.
Diaspora