TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edilib.
Axşam.az xəbər verir ki, TRT-nin bundan əvvəlki Bakı təmsilçisi Yıldıray Arslan vəzifə müddətinin başa çatması ilə əlaqədar Azərbaycanı tərk etməyə hazırlaşır.Təmsilçilyin yeni rəhbəri Murat Akkoçdur.
M.Akkoç uzun müddət “TRT AVAZ” Kanal Koordinatoru olaraq fəaliyyət göstərib. Onun Azərbaycan həqiqətlərinin “TRT AVAZ” kanali vasitəsi ilə dünyaya çatdırılmasında müstəsna xidmətləri var.