Bu gün Rusiyanın Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.
Şuranın iclasında MDB üzvlərinin ümumi maraqlarına cavab verən prinsipial məsələlər müzakirə olunacaq.Azərbaycan, Ermənistan, Belarus, Moldova, Qazaxıstan, Türkmənistan və Özbəkistan prezidentlərinin, həmçinin Qırğızıstan baş nazirinin iclasda iştirakı gözlənilir.