Azərbaycan prezidenti Bakıda “İnturist” otelinin açılışında iştirak edib

Azərbaycan prezidenti Bakıda “İnturist” otelinin açılışında iştirak edib backend

Bu gün Bakıda “İnturist” otelinin açılışı olub. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva otelin açılışında iştirak ediblər.

Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə otel barədə ətraflı məlumat verilib. Bildirilib ki, beşulduzlu bu otel “Absheron Hotel Group”a aiddir. Yeni otel nəinki, Azərbaycan, eləcə də keçmiş SSRİ-də məşhur olan Bakıdakı “İnturist” mehmanxanasının arxitektura üslubunda inşa edilib. Yeni otel köhnə “İnturist” barədə xatirələri yaşatmaqla bərabər nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir.

Qeyd edilib ki, beşmərtəbəli binada 150 standart və suit nömrə, həmçinin SPA salonu, kitabxana, iclas zalı və restoran var.

Dövlət başçısı oteldə yaradılmış şəraitlə tanış olub. Sonra Prezident İlham Əliyev otelin kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.
Diaspora