GUAM xarici işlər nazirləri birgə bəyannamə imzalayıblar

GUAM xarici işlər nazirləri birgə bəyannamə imzalayıblar backend

Oktyabrın 8-i Gürcüstanın paytaxtı Tbilisidə GUAM-ın yaradılmasının 20-ci ildönümünə həsr olunan təşkilata üzv ölkələrin XİN rəhbərlərinin xüsusi iclası keçirilib.

Trend-in "apsny.ge"yə istinadən verdiyi məlumata görə, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna xarici işlər nazirləri Elmar Məmmədyarov, Mixeil Canelidze, Andrey Qalbur və Pavlo Klimkin görüşün yekununda birgə Bəyannamə imzalayıblar.

Məlumata əsasən, Bəyannamədə təşkilatın bütün dörd üzvü olan ölkələrin sıx əməkdaşlığı davam etdirmək niyyəti yekdil olaraq təsdiqlənib.
Diaspora