Belarus Respublikasına rəsmi səfərinin ilk günü Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin hərbi sənaye kompleksinə daxil olan müəssisəni və hərbi poliqonu ziyarət edib.
Qaziler.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Azərbaycanın nümayəndə heyəti Belarusun hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, Ordumuzun silah arsenalını gücləndirə biləcək silah və hərbi texnika ilə yaxından maraqlanıb.