"İşğal edilmiş ərazilərdə keçirilən "seçkilər"in hüquqi əsası yoxdur".
"Ukrayna Dağlıq Qarabağ ərazisində mayın 3-də keçirilən "parlament seçkiləri"ni tanımır və onu qeyri-qanuni hesab edir. Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən bu "seçkilər"in nəticələrinin heç bir hüquqi əsası yoxdur".ANS PRESS-in məlumatına görə, Ukraynanın Xarici İşlər Nazirliyində qondarma seçkilərlə əlaqədar verilən bəyanatda belə deyilir.
Bazar ertəsi verilən bəyanatda həmçinin qeyd edilir ki, Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə təsdiqlənən ərazi bütövlüyü prinsipi əsasında sülh yolu ilə həll edilməsinin tərəfdarıdır.