Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib.
Qaziler.az-ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Azərbaycan prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan dostluq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə edib, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.