Azərbaycanın xalqının istəyi bizim üçün əmrdir - Türkiyəli nazir

Azərbaycanın xalqının istəyi bizim üçün əmrdir - Türkiyəli nazir backend

Azərbaycan xalqının istəyi bizim üçün əmrdir.

Axar.az xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Türkiyə Milli Müdafiə naziri Nurəddin Canikli deyib.

“Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Bizim bir-birimizə ehtiyacımız var. Azərbaycanın gücü Türkiyənin gücüdür. Türkiyənin gücü isə Azərbaycanın gücüdür. Hər iki ölkə çətin zamanlarda xarici dövlətlərdən silah alışı ilə bağlı problem yaşadı. Buna görə də biz müdafiə sənayesi ilə bağlı potensialımızı birləşdirməliyik”, - nazir bildirib.

Qeyd edək ki, Azərbaycana gələn Canikli prezident İlham Əliyevlə və həmkarı Zakir Həsənovla görüşlər keçirib.
Diaspora