Belqradda Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası keçirilib

Belqradda Avropa Xəbər Agentlikləri Alyansının  Baş Assambleyası keçirilib backend

Sentyabrın 22-də Serbiyanın paytaxtında Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş Assambleyası keçirilib. Dünən Belqradda EANA-nın konfransı olub.


Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, EANA-nın Baş Assambleyasının gündəliyində Bosniyanın FENA Agentliyinin təşkilata qəbul olunması məsələsi yer alıb. Gizli səsvermə yolu ilə agentlik EANA-nın üzvü seçilib. Avstriyanın APA Agentliyinin nümayəndəsi Klement Piq alyansın bürosuna seçilib.

Baş Assambleya, həmçinin EANA-nın prezidentinin və baş katibinin hesabatlarını dinləyib.

Assambleyanın işində AZƏRTAC-ın AFR-dəki xüsusi müxbiri, OANA-nın baş katibi Vüqar Seyidov iştirak edib. O, səsləri hesablamaq üçün assambleyanın seçki komissiyasının tərkibinə seçilib.

Xatırladaq ki, AZƏRTAC 2008-ci ildən EANA-nın üzvüdür.
Diaspora